“Rusiya Baş Prokurorunun bu fikri xeyirli əlamət deyil” – Politoloq rəyi

“Rusiya Baş Prokurorunun bu fikri xeyirli əlamət deyil” – Politoloq rəyibackend

“Ermənistanın Yaxın Şərqdən muzdlular gətirdiyi halda bunu Azərbaycanın etməsini tirajlamaq üçün bütün qüvvələrini səfərbər edib:

Busaat.az xəbər verir ki, bunu Rusiya baş prokuroru İqor Krasnovanın Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulan çərçivədə həll olunması ilə bağlı fikirlərini dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.

Yeganə Hacıyeva qeyd edib ki, Rusiya baş prokurorunun bu fikirləri söyləməsi Rusiyanın Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün mövzunu BMT Təhlükəsizlik Şurasına müzakirəyə çıxaracağı məramından xəbər verir:

“Əslində Rusiya baş prokurorunun fikri o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır. Qaçqınlar öz ev-eşiklərinə qayıtmalıdırlar. Dağıdılmış ərazilər bərpa olunmalıdır və s. Ayrı bir zaman olsa idi, bu fikir müsbət qarşılana bilərdi, amma bu mərhələdə Rusiya Baş Prokurorunun belə bir fikir səsləndirilməsi isə heç də xeyirli əlamət deyil.

Məsələ ondadır ki, bir neçə gündür rəsmi Bakı ATƏT-in Minsk Qrupunun, həmsədr ölkə rəhbərlərinin Dağlıq Qarabağda “əməliyyatlar dayansın” çağrışlarını qəbul etmir və bu mərhələdə Ermənistanın hərbi təxribatlarına cavab olaraq hərbi əməliyyatları davam etdirmək əzmi göstərir.

Ermənistan da həmişəki riyakar ampluasında, hərbi təxribatı başlayıb, davam edir. Lakin Ermənistan rəsmiləri və bütün dünyadakı erməni diasporu guya Azərbaycan və Türkiyənin Dağlıq Qarabağda müştərək hərbi əməliyyat keçirməsi yalanlarını tirajlayır. Ermənistanın Yaxın Şərqdən muzdlular gətirdiyi halda bunu Azərbaycanın etməsini tirajlamaq üçün bütün qüvvələrini səfərbər edib.
Eyni qüvvələr Rusiyada da bu istiqamətdə iş aparır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki