Rusiya-İran hərtərəfli sazişi hazırdır – Səfir

image-sefirbackend

Rusiya-İran hərtərəfli əməkdaşlıq müqaviləsi son mərhələdədir, yalnız texniki məsələlər hələ işlənib hazırlanmalıdır.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib.

O qeyd edib ki, İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber İran və Rusiya mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətə başlaması ilə bağlı iki sazişin, habelə İnformasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişin Məclis tərəfindən təsdiqləndiyini bəyan edib.

Onun sözlərinə görə, bəzi texniki aspektlər və İranda növbədənkənar prezident seçkiləri səbəbindən bu sazişin yekun imzalanması növbəti, 14-cü hökumət dövründə baş tutacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki