Ermənistan prezidenti Armen Sarkisyan beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı problemə müdaxilə etmədiyi təqdirdə Qafqazın yeni bir Suriyaya çevrilə biləcəyini bildirib.
Busaat.az xəbər verir ki, Sarkisyan bu haqda CNBC-yə 30 sentyabr çərşənbə günü verdiyi müsahibəsində elan edib.
Sarkisyan “Qafqazın başqa bir Suriyaya çevriləcəyini təsəvvür edirsinizmi? Beynəlxalq ictimaiyyət bu an (Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə) müdaxilə etməsə, Qafqazın yeni bir problemə çevriləcəyini anlamalıdır” deyib.
Daha əvvəl rəsmi İrəvan milli maraqlarının zərərinə Azərbaycanla sülh sazişi bağlamağa hazır olmadığını söyləyib.
Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev dialoq çağırışlarının indi yersiz olduğunu bildirib.
Haşiyə: Qafqazın (əsasən Qarabağ nəzərdə tutulur) Suriyaya çevrilməsi fikirləri indiyədək söylənilən erməni nağıllarına bənzəyir. Azərbaycanın hadisələri yaxından izləyən və vaxtında operativ reaksiya verən lideri, Ali Baş Komandanı var. İşğal edilən torpaqlarımız azad edildikdən sonra səmtimiz Zəngəzura və Göyçə mahalına doğru yönələcək. Fikri-zikri Londonda dolaşan Sarkisyana isə xatırladırıq ki, “Yeni Suriya” məhz Qafqazın “Ermənistan” (Qərbi Azərbaycan) adlı ərazisində olacaq. Bəşər Əsəd kimi ölkəyə nəzarətiniz tamamilə itəcək