Tarixi ədalət bərpa edilir

Tarixi ədalət bərpa edilirbackend

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Twitter” statusunu paylaşıb: “Bu gün Azərbaycan ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!”. Oktyabrın 3-də cənab Prezident “Twitter” səhifəsində növbəti paylaşımını da edib: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!” Ermənistanın baş naziri N. Paşinyanın ilk avantürist addımlarından, siyası təxribatlarından biri o olmuşdu ki, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm, populist bəyanat vermişdi. Prezident İlham Əliyev dünya ictimaiyyətinin, o cümlədən erməni cəmiyyətinin və onun avantürist rəhbərinin eşidə biləcəyi nüfuzlu tribunadan dərhal reaksiya verib demişdi ki, çaşma, “Qarabağ Azərbaycandır və nida işarəsi!”. İstənilən cəmiyyətin istifadə etdiyi qrammatika və punktuasiya qaydalarında durğu işarələri arasında nida işarəsi nöqtədən daha bitkin, daha qətiyyətli və daha inamlı fikrin ifadə forması kimi qəbul olunur. Təsadüfi deyil ki, nida işarəsinin vizual görünüşündə nöqtənin başına bir xətlə zərbə vurulur. Prezidentimizin ilk qələbə xəbəri Ermənistanın silahlı birləşmələrinə, Paşinyanın siyası-hərbi avantüralarının başına Ordumuzun vurduğu zərbənin, həmin o nida işarəsinin ilk müjdəsidir. Bu qələbə münasibətilə Ali Baş Komandanımızı, qəhrəman Ordumuzu təbrik edir və onlarla qürur duyuruq. Allah Ordumuza və Xalqımıza yar olsun,Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun! Ülvi Quliyev Milli Məclisin deputatı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki