Türkiyəli generaldan Qarabağ açıqlaması: Yaxın günlərdə…
Önümüzdəki günlərdə Azərbaycan ordusunun irəliləməsi sürətlənə bilər. Bunun səbəbi odur ki, Ermənistan ordusuna ehtiyaclarının ödənməsi üçün təchizat kəsilir.
Busaat.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli general Özgür Tör deyib. O, türk ordusunun taktikasından danışıb:
“Aypara taktikası biz türklərin çox istifadə etdiyi bir taktikadır. Ancaq nəzərə alın ki, Qarabağ dağlıq ərazidir, aypara taktikası isə daha çox açıq meydanda tətbiq edilir.
Qarabağda bütün ərazi təpə, dağ silsiləsidir. Hər hansı bir yerə azad etdikdə yan atəşlərə məruz qalma ehtimalı böyükdür. Ona görə bir təpənin addım-addım qurtarılması lazımdır. Azərbaycan ordusu can itkisinə yol verməmək üçün, “addım-addım” irəliləyir. Bu, təqdir olunasıdır, bundan artıq sürətə heç bir ehtiyac yoxdur”.
General qeyd edib ki, Cəbrayılın işğaldan azad edilməsi Ermənistandan Dağlıq Qarabağa gələn təchizarı əhəmiyyətli dərəcədə əngəlləyir:
“Təchizat dayandığı halda burdakı terrorçular ya təslim olacaq, ya da bölgədən çıxmaq məcburiyyətində qalacaq. Bunu xüsusilə vurğulayıram: əməliyyat kifayət qədər mürəkkəb və çətin şəraitdə aparılır, amma hesab edirəm ki, qarşıdakı günlərdə Azərbaycan türkü olan qardaşlarımızın torpaqlarını işğaldan azadetmə sürəti ciddi şəkildə artacaq”.
Loading...