Uşaqları kiber zorakılıqdan necə qorumalıyıq? – Türk mütəxəssislərdən VACİB MƏSLƏHƏTLƏR

image-thumbs_b_c_4e2ec97064cc785cb47bc7c13e50c6b2backend

Mütəxəssislərin fikrincə, ailədə ünsiyyəti zəif olan uşaqlar kiber zorakılığa daha çox məruz qalırlar.

Busaat.az xəbər verir ki, bunu Konya Ticarət Palatası (KTO) Karatay Universiteti Sosial və Humanitar Elmlər Fakültəsinin müəllimi, Dos. Dr. Demet Akarçay Ulutaş Anadolu Agentliyinə müsahibəsində deyib.

Ulutaş bildirib ki, son illərdə akademik işlərdə kiber zorakılıq və rəqəmsal zorakılıq da yer almağa başlayıb.

Kiber zorakılığın rəqəmsal vasitələrlə fərdlərə qarşı hər cür sistematik hücum olaraq təyin edildiyini açıqlayan Ulutaş, sistematik hücumların fərdi hədəfə alması, nifrət nitqinin səsləndirilməsi, təhqir halları və şəxsi məlumatların açıqlanması kimi ifadə edildiyini bildirib.

Maraqsız və avtoritar bir mühitdə böyüyən uşaqların rəqəmsal mühitlərdə açıq hədəf olduğuna diqqət çəkən Ulutaş söyləyib: “Uşaq evdə onun fikri soruşulmazsa və verilən qərarlarla razılaşmasa, gün ərzində yaşadığı problemlərlə ailəsi maraqlanmasa, bu zaman tənhalaşır. Bunlar zalım, laqeyd və avtoritar valideyn mühitlərində müşahidə olunur. Ailə ünsiyyəti zəif olan uşaqlar özlərini adekvat şəkildə ifadə edə bilmədiklərinə görə kiberbullinqi gizlətməyə meyllidirlər. Ünsiyyət burada əsasdır. Kiberbullinq hər platformada baş verir. Xüsusilə yeniyetmələr ailələri ilə heç bir ünsiyyəti olmadığı üçün özlərini sosial mediada ifadə etməyə başlayırlar. Məsələn, bu cür uşaqlar “atamla anlaşa bilmirəm”, “anamla ünsiyyət qura bilmirəm” deyir. Bu, qarşı tərəf üçün bir fürsətə çevrilir. Qarşı tərəf isə uşağın özü üçün yaratdığı boşluqdan istifadə edir və beləcə, uşaq istismara açıq olur”.

Necmettin Erbakan Universiteti Ahmet Keleşoğlu adına Təhsil Fakültəsi Psixoloji Məsləhətçilik Bölümü müəllimi Prof. Dr. Zeliha Traş, ölkə daxilində 7-18 yaş arası 2758 insanla internet asılılığı barədə araşdırma apardıqlarını söyləyib.

İnternetdə sərf olunan vaxtın artmasının rəqəmsal asılılığa səbəb olduğuna diqqət çəkən Traş qeyd edib: “Araşdırmamızda yeniyetmələrin həftə sonları internetdən istifadəsinin artdığını görürük. Bu müddət artdıqca onların da internetdən asılılığı artır. Beləcə onlar zorakılıq davranışına məruz qalacaq və ya bu davranışı nümayiş etdirən tərəfə çevriləcək”.

Kiber zorakılığa qarşı ailələrin və müəllimlərin üzərinə mühüm vəzifələr düşdüyünü ifadə edən Traş əlavə edib: “Ailələr müdafiə və qoruyucu mövqe tutmaq yerinə qarşıdakı insanın öz övladı , eyni zamanda uşaq olduğunu düşünərək “qazan-qazan” siyasətini izləməlidir. Ailə övladı ilə ünsiyyətdə empatiya və hörmətə diqqət yetirməlidir. Eyni zamanda, ailələrə övladlarını internet asılılığından qoruya bilmələri üçün övladlarını idmana, sənətə və ya uşağın bacarıqlarına uyğun istiqamətləndirməyi tövsiyə edirik”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki