Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 690 $▼0.05%
  • Ethereum2 235 $▼0.02%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Azərbaycanda iki nazirliyin birləşəcəyi GÖZLƏNİLİR

image-1757322650_1740809769_1740729788_1738309211_1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda dövlət idarəetməsində yeni islahat dalğasının başlanacağı gözlənilir. Məlumata görə, yaxın aylarda iki nazirliyin birləşdirilməsi və bir sıra dövlət komitələrinin ləğvi nəzərdə tutulur. Hələlik detallar açıqlanmayıb və bu istiqamətdə müzakirələrin aparıldığı bildirilir.

Məqsəd dövlət xərclərinin azaldılması, idarəetmənin daha çevik və funksional hala gətirilməsidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında deyib ki, institusional islahatlar Azərbaycanın idarəetmə modelində hər zaman prioritet olub:

“Əvvəlki dövrlərdə bəzi qurumların birləşməsi, həm də yeni qurumların yaradılmasını müşahidə etmişik.  İslahatların fəlsəfəsinə, həm də yerli və qlobal çağırışlara uyğun olaraq, bu istiqamətdə qərarlar verilir. Biz struktur islahatlarının hər zaman prioritet olduğunu görürük. Bununla bağlı  hökumətdə qiymətləndirmələr aparıldıqdan sonra qərarlar verilir.  Ümumiyyətlə, idarəetmədə çevikliyin artırılması üçün  institusiyonal islahatların davamlılığı, həm də elektron xidmətlərdən daha çox istifadə əsas hədəflərdəndir”.

Deputat qeyd edib ki, bu istiqamətdə işlər davam edir: “Çünki iqtisadiyyat ağarması, islahatların dərinləşməsi, institusional idarətetmədə də yeni baxışı zəruri edir. Bu kontekstdən iqtisadi islahatlar davam edir. Ona görə də növbəti dövrlərdə də belə islahatların həyata keçirilməsini görəcəyik”.

Azərbaycanda dövlət strukturlarının optimallaşdırılması prosesi yeni deyil. Məsələn, 2019-cu ildə Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Ekspertlərin fikrincə, bu dəfə də oxşar mexanizmlər tətbiq oluna bilər, bəzi paralel funksiyaları olan qurumların birləşdirilməsi, səmərəliliyi artırmaq və büdcə xərclərini azaltmaq üçün əsas vasitə kimi nəzərdə tutulur.

Yeni struktur qərarlarının yaxın aylarda elan ediləcəyi gözlənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171619