Xocavənd rayonunun işğalından 28 il ötür

Xocavənd rayonunun işğalından 28 il ötürbackend

Xocavəndin işğalının ildönümüdür.

 

Busaat.az xəbər verir  ki, rayonun işğal edilməsindən 28 il ötür.

 

1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Xocavənd rayonunu işğal edib.

 

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1 723 yaşayış evi yandırılaraq, əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.

 

İşğalçılar 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidəni dağıdıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb.

 

İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də külli miqdarda zərər dəyib. Belə ki, Xocavəndin 1 202 ha meşə sahəsindəki qiymətli ağac növləri məhv edilib.

 

Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 kənd sakini girov götürülüb. Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib.

 

Ümumilikdə, xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki