Abid Şərifov nəvəsinin tikdirdiyi hoteldən danışdı

image-abidbackend

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

Busaat.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib.

O bildirib ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” oteli nəvəsinə məxsusdur: “Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona hotel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”

Qeyd edək ki, “Şəki Park” hoteli dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

image-148524093_1072021786618063_5546106069429458993_o image-148833784_1072021756618066_916267795124260076_n image-149085054_1072021829951392_741399618683583509_n image-148967067_1072021809951394_7494899850541734902_n

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki