Fazil Mustafa: “Yağış sularının harasa axması üçün müəyyən şərait yoxdur”

image-fazil99backend

“Həqiqətən də, yağış Bakıya normadan artıq düşdü. Təbii ki, bu, gözlənilən hadisədir, belə  acınacaqlı vəziyyət hər yanda olur. Amma müəyyən Avropa şəhərlərində buna daha ciddi şəkildə hazırlıq işləri gerçəkləşdirilir. Bakının isə həddindən artıq yüklənməsi problemin həllinə imkan yaratmır. Buna görə də yağış suları kanalizasiya bəndlərinə dolur, nəticədə, daşır. Yağış sularının harasa axması üçün müəyyən şərait yoxdur. Bu da bizim üçün ciddi narahatlıq yaradır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, yolların dar olması tıxac problemini aktuallaşdırır, səkilərin artıq piyadalar üçün də əlverişsiz olduğunu göstərir: “Avtomobillərin hərəkəti zamanı su, palçıq vətəndaşların üzərinə sıçrayır. Bu, ciddi müzakirə olunur. Vaxtında tədbirlərin görülməsi və real vəziyyətin doğru təhlil olunması lazımdır. Çünki irəlidə bizi iqlim dəyişikliyinin nəticələrinə uyğun olaraq daha ciddi problemlər gözləyə bilər. Hər halda bütün bu proseslərə hazır olmalıyıq”, – deputat bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki