2024-cü ilin yanvar-sentyabr ayları ərzində 28 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, onların 66,41%-ni kişilər, 33,59%-ni isə qadınlar təşkil edib.