Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft110.10 $▲0.53%
  • WTI neft101.20 $▲0.24%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.024 $▲1.31%
  • Qızıl4 028 $▲0.15%
  • Gümüş53.94 $▼0.42%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda626.50 ¢▲0.56%
  • Bitcoin80 249 $▲0.26%
  • Ethereum2 327 $▲0.01%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Gündəm

"Açıq qapı"da mühüm məqamlar açıqlandı - FOTOLAR

image-aciq-qapi5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“2023-cü ilin yanvar-iyul ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 662 428 abonent 12 qəpik tariflə təbii qazdan istifadə edib”.

Busaat.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə bu rəqəm ümumi abonentlərin 66,3 faizini təşkil edir. “754 649 abonent (ümumi abonentlərin 30,1%-i) 20 qəpik tariflə, 90 839 abonent isə (ümumi abonentlərin 3,6%-i) 25 qəpik tariflə təbii qazdan istifadə edib”, – deyə şöbə rəisi qeyd edib.

Görüş zamanı Eldəniz Vəliyev qarşıdan gələn payız-qış mövsümü ilə bağlı hazırlıq işlərindən də danışıb. Qurum rəsmisinin sözlərinə görə, korroziyaya uğrayan qaz xətləri yenisi ilə əvəz olunur, torpaqla təmasda olan xətlər dayaqlar üzərinə qaldırılır, siyirtmələrin dəyişdirilməsi, habelə yenisi ilə əvəzlənməsi və boyama işləri çox ciddi şəkildə həyata keçirilir.

“Bütün bu proseslər SOCAR “Azəriqaz” İB-nin itkilərinə çox ciddi şəkildə təsir edib. Ümidvaram ki, görülən işlərin müqabilində ötən illərlə müqayisədə abonentlərimizin daha təhlükəsiz və davamlı şəkildə qaz təsərrüfatından istifadə edə bilmələrinə maksimum şərait yaradılacaq”, – deyə Eldəniz Vəliyev bildirib. Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.image-aciq-qapi3image-aciq-qapi-4

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120107