Əməkdar artist ikinci arvadından da boşandı

image-9bfc872f62df46962da6b6783632b9debackend

Əməkdar artist Rəhman Rəhmanov 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşanıb.

Busaat.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə əməkdar artistin özü ARB-nin “Elgizıə izlə” verilişinin canlı yayımında açıqlayıb. Aktyor yenidən evlənə biləcəyindən də söz açıb: “Bu verilişə evlənmək üçün gələn gənclərə həsəd aparıram. Kimsə evlənmək istəyəndə arxasınca xeyli insan gəlir. Mən evlənmək istəsəm, mənim üçün heç gələn olmaz”.

Onun bu açıqlaması verilişin qonaqları tərəfindən təəccüblə qarşılanıb.
Əməkdar artist Kübra Əliyevanın “Heç o cür qadından boşanmaq olarmı?”, sualına Rəhman Rəhmanov bu cür cavab verib: “Neyləyim. Hər şey bitdi, çıxdı getdi”.

Gülbiçə Rəhmanova verilişlə əlaqə saxlayaraq, əməkdar artistə halallığını verdiyini bildirib.

Qeyd edək ki, Gülbiçə Rəhmanova əməkdar artist Rəhman Rəhmanovun ikinci həyat yoldaşı idi. Onun birinci həyat yoldaşından 4 övladı olub. Oğlu 27 yaşında dünyasını dəyişib. İkinci ailəsindən isə övladı olmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90