Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.38 $▲2.29%
  • WTI neft86.51 $▲1.45%
  • Avropa qazı (TTF)91.12 €▲4.47%
  • Təbii qaz (ABŞ)3.295 $▲0.83%
  • Qızıl3 911 $▼1.74%
  • Gümüş50.39 $▼2.02%
  • Pambıq78.54 ¢▼4.62%
  • Buğda596.25 ¢▼0.87%
  • Bitcoin72 099 $▼2.47%
  • Ethereum2 012 $▼2.05%
  • S&P 5007 590▼0.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Kriminal

Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib

image-pircr9owk2htuwb5hpnnc7uvriakukx3zbd9iiz2_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.

Busaat.az xəbər verir ki, “Report” un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkən tərəf iclasda iştirak edə bilməyəcəyi barədə ərizə göndərib.

Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, qarşı tərəfə barışıq təklif olunub:

“Biz barışıq üçün pul təklif etmişik. Müəyyən müddətə aylıq ödəniş ediləcəyini də bildirimişik. Hazırda onlardan cavab gözləyirik. Zərərçəkənlərlə barışmaq üçün cəhdləri davam etdiririk”.

Azər Maqsudov deyib ki, qarşı tərəflə barışığa hazırdır. O da zərərçəkən tərəfdən bununla bağlı cavab gözlədiyini deyib.

Növbəti iclas sentybarın 8-nə kimi təxirə salınıb.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170840