Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.69 $▲2.63%
  • WTI neft87.00 $▲2.03%
  • Avropa qazı (TTF)90.67 €▲3.96%
  • Təbii qaz (ABŞ)3.299 $▲0.95%
  • Qızıl3 910 $▼1.77%
  • Gümüş50.45 $▼1.91%
  • Pambıq78.54 ¢▼4.62%
  • Buğda596.75 ¢▼0.79%
  • Bitcoin72 459 $▼1.99%
  • Ethereum2 009 $▼2.18%
  • S&P 5007 619▲1.29%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Kriminal

TƏBİB-dən zorakılığa məruz qalan uşaqlarla bağlı AÇIQLAMA - azyaşlılardan biri...

image-qyfouaevyhh4dvir1mpqw86pmow10npkndlgonzd_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağdamda valideynlərinin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirilib.

Busaat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 27-si saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2023-cü il təvəllüdlü azyaşlıya (kişi) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilib və zəruri tibbi xidmət göstərilib:

“Azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib”.

Məlumata görə, pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Həmçinin qeyd olunub ki, 2024-cü il təvəllüdlü digər azyaşlı (kişi) isə hazırda profilaktik olaraq Ağdam RMX-də həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170858