“Azərbaycana qarşı sanksiyalar lazımdır” – ABŞ Konqresi üzvündən riyakar TƏKLİF

image-default-7backend

“Amerikanın Səsi” nəşri  Qarabağı Ermənistanla birləşdirən Laçın yolu ətrafında mövcud vəziyyəti ABŞ Konqresinin üzvü Cudi Çui ilə müzakirə edib.

Busaat.az xəbər verir ki, Çui müzakirə zamanı anti-Azərbaycan çıxışları ilə diqqət çəkib.

Azərbaycanın Laçın yolunu blokadaya alınmasının ilk günlərində Konqresin Erməni Qrupu bununla bağlı ABŞ prezidenti Co Baydenə məktub ünvanlayıb. 30-a yaxın Konqres üzvünün imzaladığı məktubda ABŞ administrasiyasından həm indi, həm də gələcəkdə “Qarabağ xalqı”nın təhlükəsizliyini təmin etmək üçün əlində olan bütün vasitələrdən, o cümlədən Azərbaycana maliyyə dəstəyinin dayandırılması və ona qarşı sanksiyaların tətbiq edilməsindən istifadə etməyə çağırılır.

Bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan yenidən insanlardan silah kimi istifadə edir, Qarabağda yaşayan ermənilərin həyat şəraitini daha da pisləşdirir. Vəziyyət belə davam edərsə, potensial fəlakətli nəticələrə malik humanitar böhran qaçılmaz olacaq. Bütün bunları ABŞ Konqresinin yuxarıda qeyd edilən üzvləri deyib.

“Bu, birbaşa atəşkəs razılaşmasının pozulmasıdır. Azərbaycana qarşı sanksiyalar lazımdır. Onların Qarabağa açıq hücum etdiklərini nəzərə alaraq, 907-ci qərar ləğv edilməməlidir” – deyə, Konqresin Ermənistan Qrupunun üzvü Cudi Çui Amerikanın Səsinə bildirib.

Konqresmen Laçın yolu ətrafında yaranmış vəziyyətə ABŞ administrasiyasının reaksiyasının vacibliyini vurğulayaraq, Azərbaycana qarşı daha sərt tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Çui Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə və ABŞ-ın Bakıya hərbi yardımının dayandırılmasına işarə edib.

Konqresmen Çui əlavə edib ki, Azərbaycan öz hərəkətlərinin nəticələri ilə üzləşməlidir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki