2025-ci ilin əvvəlində pensiya və əməkhaqları bu qədər artacaq – AÇIQLAMA

image-maasbackend

Məlum olduğu kimi, 2025-ci ilin dövlət büdcəsi açıqlanıb. Sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 998.0 milyon manat (xüsusi çəkisi 12,6 faiz) yönəldilməsi pensiya və əməkhaqlarının artırılacağı barədə ehtimalları gücləndirib. 

İqtisadçı Natiq Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, sosial büdcənin artım tempinə baxılsa, faiz nisbətində də o qədər böyük artım gözlənilmir.

“Bu isə onu göstərir ki, təqaüdlərdə və maaşlarda da kəskin artım olacağını gözləmək əbəsdir. Düşüncəm və rəqəmlərin göstərdiyi yön budur ki, 2025-ci ilin əvvəlindən pensiya və maaşlarda, təqribən, 10% civarında artım gözləyə bilərik. İndiki büdcə rəqəmləri ilə daha böyük artım o qədər də aydın görünmür”, – ekspert bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki