Babəkdə baş verən yol qəzasında bir qadın ölüb

image-f39cb534-f815-3aff-b573-d4f854cb1c34_850backend

Naxçıvan-Şahbuz magistral yolunun Babək rayonunun Uzunoba kəndi ərazisində keçən hissəsində iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfərdən biri ölüb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı müalicə aldığı xəstəxanada vəfat edib.

Qəzada xəsarət alan digər iki qadının müalicləri davam edir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki