Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.37 $▼0.96%
  • WTI neft91.17 $▼0.95%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.971 $▼0.40%
  • Qızıl4 051 $▲0.04%
  • Gümüş51.46 $▲0.09%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.50 ¢▲0.29%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 220 $▼0.69%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
İnfrastruktur

Bakıda bu ərazisində yeni metro stansiyası tikilir - VİDEO

image-4cfeb45760fb8f6bbf88e0462bfc49e1_3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.

Busaat.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən qapalı ərazidən gedir.

Araşdırma zamanı məlum olub ki, metronun “Nizami” stansiyasının yaxınlığında həqiqətən də yeni stansiya tikiləcək. Lakin bu, məhz sözügedən qapalı ərazidə deyil. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, dövlət proqramı çərçivəsində “Nizami” stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan “Nizami” stansiyasına keçid təmin ediləcək.

Qeyd olunub ki, hazırda “Nizami” stansiyasının yalnız bir çıxışı var və eskalatorların təmiri zamanı alternativ çıxış mövcud deyil. B5 stansiyasının tikintisi bu problemi də aradan qaldıracaq.

Məlumata görə, 2030-cu ilədək bənövşəyi xətt üzrə “Nizami” stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Bununla da stansiyaya əlavə keçid imkanı yaradılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=182573