Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.96 $▲6.81%
  • WTI neft91.76 $▲5.89%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.980 $▲1.64%
  • Qızıl4 052 $▼2.36%
  • Gümüş51.46 $▼3.08%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.25 ¢▼0.75%
  • Bitcoin75 661 $▼0.40%
  • Ethereum2 230 $▼0.23%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
İnfrastruktur

Bakının bu ərazisində evlər plana düşdü - Apreldə binalar söküləcək

image-plan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakının Nəsimi rayonunda yerləşən qəzalı yaşayış binaları söküləcək. Söhbət Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən, 1-2 mərtəbəli və 50-dən artıq ailənin məskunlaşdığı köhnə tikililərdən gedir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və binaların mövcud vəziyyəti qiymətləndirilib. Mənzillərin ölçülərini dəqiqləşdirərək texniki sənədləşmə işlərinə başlayıblar.

İlkin planlara əsasən, söküləcək ərazidə yaşıllıq zonası və parkın yaradılması nəzərdə tutulur. Layihənin detalları hələlik açıqlanmasa da, söküntü işlərinin cari ilin aprel ayından etibarən başlanacağı bildirilir.

Qeyd edək ki, söküntü ilə bağlı sakinlərlə danışıq aparılsa da, onlara ödəniləcək kompensasiya məbləği barədə məlumat verilməyib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc baku.ws-ə bildirib ki, kompensasiya mexanizmi üzrə hazırda iki əsas yanaşma mövcuddur:

“Birinci variantda müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş vahid qiymət tətbiq olunur. Məsələn, Yasamal rayonu üzrə artıq bir sıra hallarda kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. İkinci yanaşmada isə açıq müsabiqə yolu ilə seçilmiş müstəqil qiymətləndirici şirkətlər satınalma prosesi çərçivəsində əmlakın bazar dəyərini müəyyən edirlər.

Vacib məqam ondan ibarətdir ki, vahid kompensasiya məbləği mövcud deyil. Hər rayonun, hətta eyni rayon daxilində hər məhəllənin bazar dəyəri fərqlidir. Bu səbəbdən kompensasiya məbləği ərazinin real bazar qiymətinə uyğun hesablanmalıdır. Bizim təklifimiz ondan ibarətdir ki, kompensasiya sökülən binanın deyil, həmin binanın yerləşdiyi ərazidən bir kilometr radiusda olan yeni tikililərdə bir kvadratmetrin orta bazar dəyəri əsasında müəyyən edilsin”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180328