Məzmuna keç
  • Brent neft95.79 $▲4.93%
  • WTI neft88.74 $▲4.07%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.367 $▲3.03%
  • Qızıl3 882 $▼2.47%
  • Gümüş49.94 $▼2.89%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 488 $▼3.30%
  • Ethereum2 016 $▼1.83%
  • S&P 5007 592▼0.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İnfrastruktur

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək — AÇIQLAMA

image-genclik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gənclik metrosu ətrafında aparılan müşahidələr göstərir ki, zolaqların çoxluğu əslində tıxacı artıran amillərdən biridir. Avtomobillər zolaqlara bölünsə də, axının nizamsızlığı səbəbindən qısa müddətdə sıxlıq yaranır. Pik saatlarda bu yığılma bütün zolaqlara yayılır və yaxın küçə və prospektlərdə də sıxlıq yaradır. Zolaqların sayı tıxacın ölçüsünü artıran faktor kimi görünür. Bu araşdırma göstərir ki, ərazidə hərəkət axını və zolaqların təşkili daha diqqətlə öyrənilməlidir.

Busaat.az bildirir ki, problem ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a bildirib ki, Gənclik metrosunun qarşısında zolaqların sayı kifayət qədər çoxdur:

“Lakin problem zolaq çoxluğundan qaynaqlanmır. Əsas sıxlıq “Gənclik Mall” istiqamətinə dönən nəqliyyat vasitələrinin yaratdığı yüklənmə ilə bağlıdır. Bu istiqamətə sağa dönən avtomobillər həm işıqfora, həm də piyada keçidinə görə dayanmalı olur. Nəticədə həmin nöqtədə ləngimə yaranır. Dönən avtomobillərin sayı çox olduğundan bu ləngimə qısa vaxtda yığılıb tıxaca çevrilir. Arxa hissədə zolaqların çox olmasına baxmayaraq, tıxac bütün zolaqlara yayılır”.

O deyib ki, məhz hərəkətin bu nöqtədə dayanması və axının kəsilməsi ilə bağlıdır:

“Bu səbəbdən ərazidə hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər hazırlanıb. Yeraltı parkinqə girişin daha rahat təşkili və dönüş trayektoriyasının dəyişdirilməsi ilə bağlı variantlar müzakirə olunub.

Bu dəyişikliklər tətbiq edilərsə, həmin nöqtədə yaranan sıxlığın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Hazırkı vəziyyətdə isə bu sahədə tıxac günün əksər saatlarında müşahidə olunur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180420