Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 752 $▼0.00%
  • Ethereum2 230 $▼0.31%
  • S&P 5007 377▲0.27%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

image-mezahir
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən sədri seçilən Məzahir Pənahov haqqında yazılanlara münasibət bildirib.

Busaat.az xəbər verir ki, Məzahir Pənahov Manset.az-a açıqlamasında MSK sədri seçilməsinin onun üçün böyük məsuliyyət olduğunu deyib.

“Yenidən böyük etimad göstərilib. Çalışacağam ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar. Sağ olsunlar. Onlara heç nə deməyəcəyəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəyəm”, – M.Pənahov əlavə edib.

Daha sonra MSK sədri oğlu ilə gəlini arasında baş verən qalmaqal barədə jurnalistin sualına cavab verməyib.

Qeyd edək ki, Məzahir Pənahovun gəlini H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı. H.Pənahova ərinin içki aludəçisinə çevrildiyini, şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirdiyini iddia edib. Həmçinin MSK sədrinin oğlunun qızılları qaytarmaq və boşanmaq istəmədiyi bildirilib.

Xatırladaq ki, Məzahir Pənahovun yenidən MSK sədrliyinə namizəd olmayacağı və yaşının çox olması ilə bağlı məlumatlar yayılmışdı.

75 yaşlı M.Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=182646