Bakıya sərnişin daşıyan taksi sürücüləri gediş haqlarını artırdı – VİDEO

image-424901935backend

Yanacağın qiymətinin artması taksilərlə rayon və şəhərlərarası sərnişindaşıma qiymətlərindən də yan keçməyib.

Busaat.az  Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlərdə artım müşahidə edilir.

Gəncədən Bakıya və ətraf rayonlara sərnişin daşıyan taksi sürücüləri qiymətləri artırdıqlarını etiraf edirlər.

Burada qiymət artımı 50% civarındadır. İndiyədək Bakıya 1 sərnişinin 10 manata daşındığı Quba avtovağzalında da qiymətlər 15 manata yüksəlib.

Bənzər mənzərəni Lənkərandan Bakıya işləyən taksilərdə də müşahidə etmək mümkündür.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki