Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Cəmiyyət

Bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanıldı

image-celilabad

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Busaat.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elşad Abdullayevə sosial izolyasiya qaydalarına riayət etməsi və yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunub. Buna baxmayaraq o, yaşayış yerini tərk edib və bazar ərazisində icarə əsasında işlətdiyi mağazada satıcılıq edib. E.Abdullayev mağazaya gələn alıcılarla ünsiyyətdə olub və infeksiyanın yayılmasına şərait yaradıb.

Digər vətəndaşların sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul