BDU-da tələbə ayrı-seçkiliyi və magistrlərə yaradılan problem narazılıqla qarşılandı

image-16249548732972153396_1200x630backend

Bakı Dövlət Universiteti (BDU) son iki gündür ki, tənqid obyektinə çevrilib.

Busaat.az xəbər verir ki, universitetdə məzun günü keçirilsə də, koronavirus pandemiyası səbəb göstərilərək bura ancaq seçilmiş tələbələr dəvət edilib. Bu da digər tələbələr arasında narazılığa səbəb olub.

Tələbələri arasında ayrı-seçkilik edən BDU-da skandal bununla da yekunlaşmayıb.

Belə ki, magistrlik dissertasiyaları plagiat yoxlamasından keçirilərkən magistrlara çətinlik yaradılıb və dissertasiyanın 3 fəsildən ibarət olması barədə xəbərdarlıq edilib. Maraqlısı isə budur ki, xəbərdarlıq dissertasiyaların müdafiəsinə bir gün qalmış olunub.

Sual yaranır: Bəs dissertasiyaların plan-prospekti kafedralar tərəfindən onaylanmırmı? O zaman nə üçün kafedralar magistrləri vaxtında xəbərdar etməyib və ya plan-prospekti dəyişdirmələrini tövsiyyə etməyib?

Görünən odur ki, BDU-da hələ də “tələbələri sıxma” rejimi davam edir.

Ümid edirik ki, magistrlərin qarşılaşdığı problem öz həllini tapacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki