Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib. “BakıKart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.
Busaat.az Xəzər TV-yə istinadən bildirir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, bu problem tez-tez təkrarlandığına görə onun köklü həllinə gedilib.
Bundan başqa, mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırılması nəzərdə tutulub.
Sərnişinlər isə ümid edir ki, onların əvvəlcədən ödədikləri vəsaitləri qısa vaxt ərzində geri qaytarılacaq.