Həqiqi hərbi xidmətlə bağlı daha bir AÇIQLAMA

image-esger44backend

“600-dən yuxarı bal toplamış abituriyentlərin hrəbi xidmətlərini Milli Müdafiə Universitetində çəkmələrinə kimlərsə razı olmaya bilər, amma dövlətin strateji yanaşması var. Bu cür istedadlı, hazırlıqlı insanlar müdafiə sistemimizə daha böyük fayda verə bilərlər. Onlara 1 il xidmət vaxtını siravi əsgər kimi keçirmək əvəzinə, daha çox bilikli, rəqəmsal texnologiyanın inkişafına töhfə verə biləcək fəaliyyətlə özlərini doğrultmaq imkanı yaradılır. Təbii ki, bu, həmin insanların seçimindən asılı olacaq. Bizim kadra da ehtiyacımız var. Müharibə təkcə əsgərlə aparılmır. Texologiyanı bilən, komputer arxasında duran, yeni silahları idarə edə biləcək mütəxəssislərlə də aparılır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“İndi biz nə edək? Mütəxəssislərin hamısını xaricdən gətirək? Dövlətin seçdiyi strateji xətt varsa, bu xəttə məhz azərbaycanlılar xidmət etməlidirlər. Onların yetişməsini daha çox təmin etməliyik. Buna görə də hansısa etirazın əsası yoxdur. Hazırlıqlı, savadlı, qabiliyyətli ol, sən də bunu qazan. Burada nə narazı salına biləcək hal var? Hansısa problem çıxarmaq, narazılıq simptomları yaratmaq yanlışdır. Çalışmalıyıq ki, həqiqətən də, savadlı uşaqlar müdafiə sektorunda lazımi səviyyədə fəaliyyət göstərə bilsinlər”, – o qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki