BP-nin vitse-prezidenti Elxan Məmmədov işçini TƏHQİR ETDİ: “Qeyri-qanuni olaraq işdən çıxarıldım” – ŞİKAYƏT

image-860ec4dffcbb456f6a59e208e172a091backend

Mən Aslan Aslanov 26 Yanvar 2009-cu il tarixdən 4 Aprel 2018-ci il tarixədək, yəni ixtisar olunduğum tarixədək BP-Azərbaycan şirkətində neftçi işləmişəm. Əmək müqaviləsinə əsasən 1 Fevral 2016-ci il tarixdən 4 Aprel 2018-ci il tarixdək şirkətdə tutduğum son vəzifə Sualtı Boru Kəmərlərinin bütövlüyü üzrə Mühəndis (Sualatı Boru Kəmərləri üzrə Mühəndis) vəzifəsi olmuşdur. 1 İyul 2016-cı il və 1 Dekabr 2017-ci il tarixli Təşkilati Struktur sənədlərinə və 29 Mart 2018-ci il tarixli “Ştatların ixtisarı ilə əlaqədar seçim protokolu” sənədinə əsasən Mən BP-də Dəniz Əməliyyatları (Offshore Operations) departamentinin “Sualtı Hasilat Əməliyyatları” qrupunun “Sualtı mühəndis-texniki təminatı və boru kəmərləri” bölməsinin “Sualtı Boru Kəmərləri” şöbəsində Sualtı Boru Kəmərlərinin bütövlüyü üzrə Mühəndis( Sualtı Boru Kəmərləri üzrə Mühəndis) işləmişəm. Həmin şöbədə 7 nəfər yerli və əcnəbi mühəndis işləmişik : Muxtar Əlimərdanov, Alik Adıgözəlov, Elnur İbrahimzadə, Aslan Aslanov, Sangarapillai Kukathasan, Derek Allen və Andre Goncalves.

2017-ci ilin sentyabr-oktyabr aylarında mən Sualtı Boru Kəmərləri üzrə mühəndis vəzifəsində çalışdığım zaman “Sualtı Hasilat Əməliyyatları” qrupunda yeni yaranan Sualtı Sistemlər üzrə Mütəxəssis (Offshore Subsea Specialist) vəzifəsinə işə qəbul üçün şirkətdaxili qaydada müsabiqə elan olunub. Həmin iş dəniz qaz platformasında, yəni dəniz işi olur.

Bəribaşdan qeyd edim ki, həmin vəzifəyə işə qəbul şirkətdə aparılacaq hər hansı ixtisarla, xüsusi ilə də mənim işlədiyim Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsinin ixtisarı ilə heç bir əlaqəsi olmayıb və bu haqda heç bir sübut belə yoxdur.

16 Oktyabr 2017-ci il tarixdə mən həmin Sualtı Sistemlər üzrə Mütəxəssis vəzifəsinə işə qəbul müsabiqəsində iştirak etmək və öz bilik-bacarıqlarımı yoxlamaq məqsədi ilə menecer Nil Kitneyin icazəsi ilə həmin vəzifəyə işə qəbul müsabiqəsində iştirak etmək üçün müraciət edirəm. İşə qəbul müsabiqəsində müvəffəqiyyətli olacağım və müvafiq olaraq həmin vəzifəyə iş təklifi alacağım təqdirdə mənim həmin vəzifəni mütləq qaydada qəbul etməli olmağım haqda müsabiqə iştirakçısı olaraq əvvəlcədən üzərimə heç bir məcburi öhdəlik qoyulmamışdır. Belə bir məcburi öhdəlik olsaydı, o zaman mən, ümumiyyətlə, həmin dəniz işinə qəbul müsabiqəsində əvvəlcədən iştirak etməzdim və sadəcə öz şöbəmdə Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsində işləməkdə davam edərdim. Yəni mənim iş təklifi olacağı təqdirdə həmin vəzifəni qəbul etmək və yaxud qəbul etməmək seçimim olub. İş təklifini hər hansı səbəbdən qəbul etməyəcəyim təqdirdə, öz şöbəmdə öz vəzifəm olan Sualaltı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsində qalıb işləyəcəkdim.

24 Yanvar 2018-ci il tarixdə Sualtı Sistemlər üzrə Mütəxəssis vəzifəsinə işə qəbul müsabiqəsini müvəffəqiyyətlə keçməyim haqda İnsan Resursları (HR) üzrə işçi Nigar Əliyeva BP elektron məktubu ilə mənə məlumat verdi.

1 Fevral 2018-ci il tarixdə “Sualtı Hasilat Əməliyyatları” qrupunun meneceri Qraham Ferguson (britaniyalı) rəsmi BP elektron məktubu ilə həmin elektron məktuba əlavə olunmuş 1 Fevral 2018-ci il tarixli Təşkilati Struktur cədvəli ilə bütün işçiləri, o cümlədən, məni məlumatlandırır ki, mənim işlədiyim Sualtı Boru Kəmərləri Şöbəsi və bu şöbədə olan Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifələri mövcud olmaqda davam edəcək (yəni nə şöbə, nə də Sulatı Boru Kəmərləri üzrə Mühəndis vəzifələri ləğv olunacaq), şöbə və şöbədəki Sualtı Boru Kəmərləri üzrə Mühəndislər olan Muxtar Əlimərdanov, Elnur İbrahimzadə, Sangarapillai Kukathasan və digərləri 1 Fevral 2018-ci il tarixdən başlayaraq müvəqqəti olaraq Bakıdakı ofisdə deyil, Böyük Britaniyadakı ofisdə işləyəcəklər. Yəni Sualtı Boru Kəmərləri şöbəsi mövcud olacaq və sadəcə öz mənzil qərargahını müvəqqəti olaraq Bakıdan Böyük Britaniyaya köçürəcək. 2020 -2023-cü illərdə Sualtı Boru Kəmərləri şöbəsinin mənzil qərargahı yenidən Böyük Britaniyadan Bakıya köçürüləcək.

7 Fevral 2018-ci il tarixdə şirkətin İR (HR) üzrə işçisi Nigar Rüstəmli mənə BP daxili elektron məktubu yazaraq “Sualtı Sistemlər üzrə Mütəxəssis” vəzifəsinə keçməyim üçün yeni əmək müqaviləsini imzalamağa dəvət edir.

Mən 1 Fevral 2018-ci il tarixdə menecer Graham Ferguson tərəfindən verilən məlumata əsasən işlədiyim Sualtı Boru Kəmərləri Şöbəsinin mövcud olacağını bildiyimdən işçi vəzifəm olan Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsinin də mövcud olacağına, yəni vəzifəmin ixtisar olunmayacağına əmin olduğumdan dəniz işi olan Sualtı Sistemlər üzrə Mütəxəssis vəzifəsinə işə təklfiini qəbul etmək öhdəliyimin olmadığını və səhhətimdəki bəzi problemləri nəzərə alaraq 20 Fevral 2018-ci il tarixdə dəniz işi olan Sualtı Sistemlər üzrə Mütəxəssi vəzifəsinə iş təklindən rəsmi BP elektron məktubu ilə imtina etdim və Sualtı Boru Kəmərləri Şöbəsində öz vəzifəm olan Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsində qalaraq işləməkdə davam etdim.

Qeyd edim ki, mən Sualtı Sistemlər üzrə Mütəxəssi vəzifəsinə iş təklifindən 20 Fevral 2018-ci il tarixdə nə imtina etdikdən qabaq, nə də imtina etdikdən sonra mənə BP şirkəti rəsmi olaraq heç bir elektron məktubla ya da hər hansı sənədlə xəbərdarlıq etməyib ki, bu dəniz işi təklifi mənim işçi vəzifəm olan Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsinin ixtisarı ilə əlaqədardır və bu iş təklifindən imtina edəcəyim təqdirdə, işdən çıxarıla bilərəm. Mənə vaxtında belə bir xəbərdarlıq edilsəydi və məlumat verilsəydi, işdən çıxarıla biləcəyimi bilərdim və əlbəttə ki, mən dəniz işi olan Sualtı Sistemlər üzrə Mütəxəssis vəzifəsinə iş təklini qəbul edəcəkdim.

Əmək müqaviləmə əsasən mən Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsində işləyərkən əmək funksiyalarıma əsasən əsas iş yerim ofis olmaqla bərabər həm də mütəmadi olaraq Dəniz və Qurudakı istehsalat sahələrində işlədiyimdən yəni, həm də Ağır, Zərərli və Təhlükəli istehsalat sahələrində işlədiyimdən BP şirkəti məni Azərbaycan Republikasının Əmək Məcəlləsinin 226-cı maddəsinin tələbinə əsasən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İcbari Tibbi müayinələrin təkmilləşdirilməsi barədə” 46 Nömrəli Qərarının tələblərinə əsasən müntəzəm olaraq dövri İcbari Tibbi Müayinələrdən keçirmişdir və bu BP şirkətinin Tibbi Arayışları ilə öz təsdiqini tapmışdır.

http://www.e-qanun.az/framework/24973

22 Fevral 2018-ci il tarixdə BP şirkətinin Əməyin Sağlamlığı üzrə Şöbəsinin növbədənkənar göndərişi əsasında ilə Mərkəzi Neftçilər Xəstəxanası məni növbədənkınar İcbari Tibbi Müayinədən keçirir və mən 22 Fevral 2018-ci il tarixdən 22 May 2018-ci il tarixədək “Dəniz və yaxud məsafədə işə” yəni, Ağır, Zərərli və Təhlükəli istehasalat işinə müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş işçi hesab olunuram. Bu Mərkəzi Neftçilər Xəstəxanasının 59665 nömrəli Tibbi Arayışı ilə öz təsdiqini tapır və BP işəgötürən olaraq bu mütləq qaydada haqda məlumatlı olmalıydı və məlumatlı olub. Bundan başqa, qanuna əsasən İcbari Tibbi Müayinə zamanı mənim nəinki Ağır, Zərərli və Təhlükəli istehsalat sahəsi işi olan Dəniz işinə yarasız olmağım, o cümlədən istehsalat amillərindən kənar iş yerində yəni, ofisdə belə işə yararlı olub-olmamağım Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən müəyyən edilməliydi və BP də işəgötürən qanunvericiliyin tələbinə əsasən 22 Fevral 2018-ci il tarixdə İcbari Tibbi Müayinənini keçirənTibb Müəssisəsindən yəni, Mərkəzi Neftçilər Xəstəxanasından mənim ofis işinə də yararlı olub-olmamağım haqda həkim komissiyasının yekun tibbi rəyini tələb etməliydi.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xəstəlik Vərəqələri haqqında 9 Nömrəli Qərarının 7-ci hissəsinin 36 bəndinə əsasən Dövri Tibbi Müayinələr zamanı verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilən tibbi arayışlar xəstəlik vərəqəsini ( bülliten) əvəz edir.

http://www.e-qanun.az/framework/13553

Yəni, faktiki olaraq mən 22 Fevral 2018-ci il tarixdən 22 may 2018-ci il tarixədək Əmək Müqaviləmdə qeyd olunan əmək funksiyalarımın bir hissəsini yəni, dəniz və qurudakı istehasalatdakı işə müvəqqəti olaraq yararsız, yəni əmək qabiliyyətini müvəqqəti itirmiş işçi olmuşam və büllitendə olmalı olan işçi olmuşam.

14 Mart 2018-ci il tarixdə BP-də İnsan Resursları (HR) üzrə Məsləhətçi Dilarə Hüseynova, İnsan Resursları üzrə Menecer Elnara Məmmədova və BP-nin Hüquqşünası Aliyə Mövsumova və mən BP-nin Xəzər Mərkəzi ofisində görüşürük və bu görüşdə BP-nin Dəniz Əməliyyatları üzrə Vitse-prezidenti Elxan Məmmədov da iştirak edir. Bu görüş haqda məlumat Dilarə Hüseynovanın 16 Mart 2018-ci il tarixdə mənə cavab olaraq göndərdiyi BP daxili elektron məktubda öz təsdiqini tapır. Həmin görüşdə Vitse-prezident Elxan Məmmədov məni hər 3 BP işçisi qarşısında təhqir edir və Dəniz işi olan Sualtı Əməliyyatlar üzrə Mütəxəssis vəzifəsinə keçməyəcəyim təqdirdə məni işdən çıxaracağı ilə hədələyir.

Cavab olaraq mən bildirdim ki, mənim dəniz işi olan Sualtı Sistemlər üzrə Mütəxəssis vəzifəsinə iş təklini qəbul etmək haqda heç bir sənədlə öhdəliyim olmayıb, mən bu iş təklifindən 20 Fevral 2018-ci il tarixdə rəsmən imtina eləmişəm. Elxan Məmmədov şəxsən öz istəyinə və arzusunu görə məni həmin dəniz işi təklifini qəbul etməyə məcbur edə bilməz.O cümlədən, 22 Fevral 2018-ci tarixdə BP özü məni İcbari Tibbi Müayinədən keçirib və həmin tibbi müayinə zamanı mən Dəniz işinə tibbi baxımdam yararsız hesab edilmişəm. Ən əsası da işlədiyim Sualtı Boru Kəmərləri Şöbəsi və öz vəzifəm olan Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsi ləğv olunmayacağı və mövcud olacağı haqda digər işçilər kimi mənə də 1 Fevral 2018-ci il tarixdə mencer Graham Ferguson tərəfindən göndərilən Təşkilati Struktur sənədi ilə öz təsdiqini tapdığından, Mən öz vəzifəm olan Sualtı Boru Kəmərləri vəzifəsində qalıb işləyəcəm.

16 Mart 2018-ci il tarixdə Mən BP-nin Baş İcraçı Direktoru Robert Dadli, Robert Dadlilinin müavini Bernard Luni ( hazırda BP-nin Baş İcarçı Direktorudur) başda olmaqla BP-Azərbaycanın Prezidenti Qəri Counz ( Gary Jones) , BP-nin İnsan Resursları (HR) üzrə Vitse-prezidenti Leyla Novruzova, məni təhqid edən Vitse-prezident Elxan Məmmədovun özünə və digər BP işçilərinə BP daxili elektron məktub yazmaqla məlumatlandırmışam ki, Vitse-prezident Elxan Məmmədov məni ofisdə təhqir edib və işdən çıxaracağı ilə hədələyib. Bernard Luni mənim məktubumu 16 Mart 2018-ci il tarixdə oxuyub və bu haqda məndə təsdiqedici elektron məktub var. ( Məktub əlavədə)

22 Mart 2018-ci il tarixdə Mən BP-də Kadrların Milliləşdirilməsi üzrə məsul Menecer Ceyhun Kərəmova və digərlərini rəsmi məktub yazıram və 1 Fevral 2018-ci il tarixli Təşkilatı Struktur sənədinə istinad edərək bildirirəm ki, “Sualtı Hasilat Əməliyyatlar” qrupunda və onun şöbələrində əcnəbi ingilis və digər millətdən olan işçilərin sayı durmadan artmaqdadır və bu BP-nin Azərbaycan dövləti qarşısında götürdüyü Kadrların Milliləşdirilməsi haqda öhdəliyə ziddir və Azərbaycanlı işçilərin inkişafının qarşısını alır. ( Məktub əlavədə)

4 Aprel 2018-ci il tarixdə BP-nin İnsan Resursları üzrə (HR) Meneceri Leyla Novruzova mənə ilk öncə 29 Mart 2018-ci il tarixdə yazılmış “İxtisara dair Xəbərdarlıq Bildirişini” təqdim edir və orada qeyd olunur ki, işçi vəzifəm olan Sualtı Boru Kəmərlərinin bütövlüyü üzrə Mühəndis vəzifəsi ixtisar olunduğundan mənim əmək müqaviləmə 6 İyun 2018-ci il tarixdə yəni, 9 həftədən sonra xitam veriləcəkdir. Leyla Novruzova mənə “Ştatların ixtisarı ilə əlaqədar seçim protokolu” adlı sənədin ümumiyyətlə olması haqda ilk öncə mənə heç bir məlumat vermir və məndən tələb edir ki, ya 9 həftəlik xəbərdarlıq müddəti ərzində yəni, 6 İyun 2018-ci il tarixədək şirkətin işçisi olaraq qalmağım haqda Bildirişin B cədvəlini, ya da 4 Aprel 2018-ci il tarixdə xəbərdarlıq müddəti əvəzində ödəniş almaq istəməyim və bunanla da əmək müqaviləmə xitam verilməsinə özümün razılığımı bildirməyim haqda qərar verəm.

Leyla Novruzova “Statların ixtisarı ilə əlaqədar seçim protokolu”nun mövcudluğu haqda mənə qəsdlə heç bir məlumat vermir, məni aldadır və o sənəddə yazılan və sonralar yəni, yalnız məhkəmə zamanı mənim xəbər tutacağım yalanlar haqda 4 Aprel 2018-ci il tarixdə məlumatım olmadığımdam, mən fikirləşdim və inandım ki,1 Fevral 2018-ci il və 15 Fevral 2018-ci il tarixlərdə Sualtı Boru Kəmərləri Şöbəsinin ləğv olunmayacağı və Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifələrinin ixtisar olunmayacağı haqda mənə məlumat verilməsinə baxmayaraq, BP 29 Mart 2018-ci il tarixdə qərar verib ki, Sualtı Boru Kəmərləri Şöbəsi ləğv edilsin və Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifələri o cümlədən, mənim də vəzifəm ixtisar olunsun. Yəni, vəzifəmin ixtisar olunması ilə bağlı qərarın ədalətli olduğuna inanaraq, mən İxtisara dair Xəbərdarlıq Bildirişinin A Cədvəlini 4 Aprel 2018-ci il tarixdə imzaladım və bununla həm 9 həftəlik xəbərdarlıq müddətində ödənişi almağa və əmək müqaviləmə də 4 Aprel 2018-ci tarixdə xitam verilməsinə razılıq vermiş oldum. Mən yalnız İxtisara dair Xəbərdarlıq Bildirişinin A Cəvdəlini imzaladıqdan sonra, Leyla Novruzova “Əmək Müqaviləsinə Xitam verilməsi barədə Əmri” İxtisara dair Xəbərdarlıq Bildirişinin A Cədvəlinindəki məlumatlara yəni, mənim yazdığım 4 Aprel 2018-ci il tarixi və imzama istinad edərək Əmək Müqaviləsinə Xitam verilməsi barədə Əmri yazır, imzalayır və möhürləyir və 4 Aprel 2018-ci il tarixdə Əmək Müqaviləmə xitam verir. Yalnız bundan sonra Leyla Novruzova mənə Əmək Müqaviləsinin Xitam verilməsi barədə Əmri verir və həmin əmrdə qeyd olunur ku, bu Əmək Müqaviləsi həm də Ştatların İxtisarına dair Seçim protolkoluna əsasən xitam verilir. Yəni, mən Ştatların İxtisarına dair Seçim Protokolu səninin ümumiyyətlə mövcudluğu haqda yalnız Əmri əldə etdikdən sonra məlumatlı oluram. Əgər Leyla Novruzova mənə İxtisar Seçim Protoklunu versəydi və mən ordakı yalanlardan məlumatlı olsaydım, mən İxtisara dair Xəbərdarlıq Bildirişinin A Cədvəlini yox, B Cədvəlini imzalayacaqdım və beləliklə də, Əmək Müqaviləmə 4 Aprel 2018-ci il tarixdə öz razılığımla xitam verilməsinə imkan verməyəcəkdim və 6 İyun 2018-ci il tarixədək şirkətdə işçi olaraq işləməkdə davam edəcəkdim.

Göründüyü kimi, mən 4 Aprel 2018-ci il tarixdə işçi olaraq aldadılmışam və İxtisara dair Seçim Protokolunun mövcudluğu haqda mənə əvvəldən yəni, İxtisara dair Xəbərdarlıq Bildirişinin A Cədvəlini imzalamamışdan qabaq mənə məlumat verilməyib, mənim İxtisara dair Seçim Protokolunda yazılan yalanlarla tanış olmaq hüququm əlimdən alınıb, həmin yalanları işəgötürənlə mübahisələndirmək və ixtisarımla razılaşmamaq hüququm əlimdən alınıb.

Mən hətta Əmək Müqaviləsinin xitam verilməsi barədə Əmri Leyla Novruzovadan aldıqdan sonra belə, İxtisara dair Seçim Protokolunu ondan tələb etsəm də, O mənə həmin sənədi verməyib və bu sənədin mənə məhkəmədən öncə BP tərəfindən verilməsi haqda heç bir sübut yoxdur. Mən İxtisara dair Seçim Protokolunu yalnız Məhkəmədə əldə etmişəm.

4 Aprel 2018-ci tarixdə mən yalnız İxtisara dair Xəbərdarlıq Bildirişinin 1 nüsxəsini və Əmək Müqaviləsinə xitam verilməsi haqda Əmrin 1 nüsxəsini BP-dən almışam və bunu öz imzamla təsdiq etmişəm.

Bir neçə gün sonra, mən 4 Aprel 2018-ci il tarixdə Leyla Novruzova tərəfindən aldadıldığımı, İxtisar Seçim Protokolunda yalanların olma ehtimalını nəzərə olaraq və beləliklə ixtisarım;n da qanunsuz olduğunu düşünərək, keçmiş iş yoldaşlarımdan biri ilə əlaqə saxlayıram və O mənə təsdiq edir ki, Sualtı Boru Kəmərləri şöbəsi ləğv edilməyib, Sualtı Boru Kəmərləri üzrə Mühəndislər Muxtar Əlimərdanov, Elnur İbrahimzadə, Kukathasan və digərləri hazırda da şöbədə öz vəzifələrində qalıb işləyirlər və xitisar olunan yeganə mənəm. Bu xəbəri aldıqdan sonra Mən BP-ni Nəsimi Rayon Məhkəməsinə verirəm və şöbədən yalnız mənim ixtisar olunmağımı ayrı-seçkilik və qisasçılıq olduğunu iddia edirəm.

Cavab olaraq BP-nin hüquqşünası Zakirə Hüseynova Məhkəməyə ‘Ştatların İxtisarı əlaqədar Seçim Protkolu”nu verir və orda növbəti yalanlar qeyd olunur:

Qeyd edim ki, həmin saxta və yalan məlumatlar dolu “Ştatların İxtisar seçim Protokolu” Sualtı Hasilat Əməliyyatları üzrə menecer Graham Ferguson və İnsan Resursları (HR) üzrə menecer Elnarə Məmmədova tərəfindən yazıllb, imzalanıb və BP möhürü ilə möhürlənib.

“Sualtı Boru Kəmərləri şöbəsi 29 Mart 2018-ci il tarixdə ləğv edilib və 2017-ci ilin dekabrından başlayaraq Boru Kəmərlərinin bütövlüyü üzrə Mühəndis vəzifələri (Sualtı Boru Kəmərləri üzrə Mühəndis) ilə əlaqədar tədricən növbəti qərarlar qəbul edilib: 2017-ci ilin Dekabrından başlayaraq Muxtar Əlimərdanov, Alik Adıgözəlov, Elnur İbrahimzadə, Aslan Aslanov, Sangarappillai Kukathasan, Derek Allen və Andre Goncalvesə BP-də alternativ vəzifələr təklif edilib. Muhtar Alimardanov, Alik Adıgözalov, Elnur İbrahimzadə, Sangarapillai Kukathasan, Derek Allen və Andre Goncalves onlara təklif olunan işləri qəbul etdiklərindən onların Sualtı Boru Kəmərləri Şöbəsindəki Sualtı Boru Kəmərləri vəzifələri vəzifələri ləğv edilib. Aslan Aslanova 2018-ci ilin Yanvarında başqa bir vəzifə təklif edilib, lakin Aslan Aslanov bu iş təklifini rədd etdi. Aslan Aslanov Sualtı Boru Kəmərləri şöbəsində qalan yeganə Boru Kəmərlərinin bütövlüyü üzrə Mühəndis olduğundan, onun vəzifəsinin ixtisar olunmasına qərar verilib ”

İxtisar Seçim Protokolundan qeyd olunanlar tamamilə yalandır və məntiqsizdir. Sübutlar yuxarıda izah olunub.

İZAH 1 : Əgər BP Sualtı Boru Kəmərləri Şöbəsinin ləğv olunması haqqında qərarı 29 Mart 2018-ci il tarixdə veribdirsə və bu zərurət 29 Mart 2018-ci il tarixdə yaranıbdırsa, o zaman BP 2017-ci ilin Dekabrında yəni, 4 ay qabaq bu haqda necə məlumatlı ola bilərdi və qeyd olunan şöbədəki vəzifələrin ləğvi ilə əlaqədar tədbirləri yəni, Sualatı Boru Kəmərləri üzrə Mühəndis vəzifələrini daşıyan işçilərə o cümlədən, mənə başqa vəzifə təkliflərini etməyə 2017-ciilin Dekabrından nece başlaya bilərdi ?

Əgər BP Sualtı Boru Kəmərləri Şöbəsinin ləğv olunması haqqında qərarı 29 Mart 2018-ci il tarixdə veribdirsə və belə bir zərurət 29 Mart 2018-ci il tarixdə yaranıbdırsa, o zaman BP Sualtı Boru Kəmərləri Şöbəsindəki işçilərə o cümlədən, Mənə şöbənin və mənim vəzifəmin ləğvi ilə əlaqədar başqa iş təklifini etməyi ən tezi 29 Mart 2018-ci il tarixdən başlamalıydı və mən yalnız bu halda şöbənin ləğv olunmasını və vəzifəmin ləğv olunması haqda xəbərdar olacaqdım və təklif olunan işi qəbul etməyəcəyim təqdirdə, ixtisar olunacağımı biləcəkdim.

İZAH 2: Əgər BP 2017-ci ilin Dekabrında Sualtı Boru Kəmərləri şöbəsinin 29 Mart 2018-ci il tarixdə ləğv olunacağını bilirdisə və və məhz buna görə də Sualtı Boru Kəmərləri şöbəsində işləyən işçilərə 2017-ci ilin Dekabrından başlayaraq başqa iş vəzifələri təklif etməyə başlayıbdırsa, o zaman BP niyə məni məlumatlandırmayıb ki, mənə 2018-ci ilin Yanvarında təklif olun Sualtı Əməliyyatlar üzrə Mütəxəssis vəzifəsinə ( hansı ki, bu iş təklifi heç bir ixtisarla əlaqəli iş təklifi olmayıb və mən hənim işə müraciəti 16 Oktybar 2017-ci il tarixdə yəni, 2017 Dekabrından xeyli qabaq etmişəm) iş təklini qəbul etməsəm, mən ixtisar olunacam ? BP digər işçilərə Şöbənin ləğvi ilə əlaqədar iş təklifi etdiyi özü İxtisar Seçim Protokolunda təsdiq edir. Amma mənə şöbənin ləğvi ilə əlaqədar 2018-ci ilin Yanvar ayından iş təklif etdiyini deməsi yalandır. Çünki, Mən bilsəydim ki və BP məni məlumatlandırsaydı ki, 2018-ci ilin Yanvarından mənə edilmiş Sualtı Əməliyyatlar üzrə Mütəxəssis vəzifəsinə iş təklifi Sualtı Boru Kəmərləri şöbəsinin və vəzifələrin ixtisarı ilə əlaqəlidir, mən həmin iş təklfini qəbul edərdim. Əksinə olaraq isə, BP 1 Fevral 2018-ci il tarixdən başlayaraq məni məlumatlandırıb ki, Sualtı Əməliyyatlar Şöbəsi mövcud olacaq və Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifələri də mövcud olacaq və mən də Sualtı Boru Kəmərləri Şöbəsinin və vəzifəm olan Sualtı Boru Kəmərləri üzrə Mühəndis vəzifəsinin mövcud olacağına əmin olduğuma görə Sualtı Sistemlər üzrə Mütəxəssis vəzifəsinə iş təklifindən 20 Fevral 2018-ci il tarixdə imtina etmişəm.

Bir sözlə, BP əgər hətta 29 Mart 2018-ci il tarixdə Sualtı Boru Kəmərləri şöbəsini ləğv edibdirsə, o zaman 2017-ci ilin Dekabrından başlayaraq şöbədəki Sualtı Boru Kəmərləri üzrə Mühəndislərə – Muxtar Əlimərdanova, Alik Adıgözəlov, Elnur İbrahimzadə, Kukathasan, Derek Alen və Andre Goncalvesə şirkətdə ixtisarla əlaqədar baş iş təklifləri etməklə, amma mənə ixtisarla əlaqədar heç bir iş təklifi etməməklə və təkcə məni 4 Aprel 2018-ci il tarixdə ixtisar etməklə, mənə qarşı ayrı-seçkilik etmişdir və bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16 Maddəsi ilə yolverilməzdir.

Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi

http://e-qanun.az/framework/46943

İZAH 3: Sualtı Boru Kəmərləri şöbəsi 2017-ci ilin Dekabrından başlayaraq mövcud olub, 1 Fevral 2018-ci il tarixdə və 15 Fevral 2018-ci il tarixlərdə BP Təşkilatı Stuktur sənədləri və BP elektron məktubları ilə təsdiq olunub ku, Sualtı Boru Kəmərləri Şöbəsi ləğv olunmayacaq və azı 2020-cü ilə qədər mövcud olacaq.

Bundan başqa, Vitse-prezident Leyla Novruzova mənim əmək müqaviləmə 4 Aprel 2018-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verməklə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin və 2-ci bəndinin tələbini pozmuşdur.

Belə ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin Əmək Müqaviləsinə 70-ci maddənin b bəndi ilə xitam verilə bilməz.

BP-nin özünü İcbari Tibbi Müayinəsinin nəticəsi təsdiq etmişdir ki, mən 22 Fevral 2018-ci il tarixdən 22 May 2018-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirən işçi olmuşam.

Mən haqqımı tələb etdiyimə, Vitse-prezident Elxan Məmmədov tərəfindən təhqir olunmağımı qəbul etmədiyimə görə və “BP-Azərbaycan” da Kadrların Milləşdirilməsi barədə məsələni qaldırğıma görə BP-nin İnsan Resursları (HR) üzrə Vitse-prezideni Leyla Novruzova, Dəniz Əməliyyatları üzrə Vitse-prezident Elxan Məmmədov, Sualtı Hasilat Əməliyyatları qrupunun Meneceri Graham Ferguson və İnsan Resursları üzrə (HR) Menecer Elnarə Məmmədov mənə qarşı birgə qisasçılıq ediblər və 4 Aprel 2018-ci il tarixdə qeyri-qanuni işdən çıxarıblar.

Dəfələrlə, BP-nin Baş İcraçı Direktoru Bernard Luniyə bu haqda son 3 ildə yazsam da, Murdar İngilis olaraq cavab verməyib. Halbuki, məni 4 Aprel 2018-ci ildə işdən çıxarmamışdan öncə Bernard Luni mənim ona göndərdiyim şikayət məktubunu oxumuşdu və bundan 2 həftə sonra mən qeyri-qanuni olaraq işdən çıxarıldım.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki