Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.89 $▲5.04%
  • WTI neft88.77 $▲4.10%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.357 $▲2.72%
  • Qızıl3 881 $▼2.49%
  • Gümüş49.94 $▼2.90%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 185 $▼3.71%
  • Ethereum2 012 $▼2.06%
  • S&P 5007 592▼0.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Son dəqiqə

TDT Azərbaycanla Ermənistan arasında Birgə Bəyannaməni alqışlayıb

image-media-turkic_state_organization_tdt_flags_2-min-a4iwr6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə ABŞ-də keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını alqışlayır.

Busaat.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev “X”dəki səhifəsində yazıb.

“Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını və Birləşmiş Ştatların Prezidentinin şahid qismində imzalanmasını alqışlayıram.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəkləyirəm.

Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir”, – TDT-nin Baş katibi qeyd edib.

IFrame

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170234