Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.89 $▲5.04%
  • WTI neft88.77 $▲4.10%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.357 $▲2.72%
  • Qızıl3 881 $▼2.49%
  • Gümüş49.94 $▼2.90%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 185 $▼3.71%
  • Ethereum2 012 $▼2.06%
  • S&P 5007 592▼0.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Son dəqiqə

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

image-logo800x600
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ölkənin sərfəli mobil operatoru “Nar” dövlət qəbul imtahanlarında ümumi qruplar üzrə ən yüksək nəticə toplayan ilk 10 abituriyenti mükafatlandıracağını elan edib. Belə ki, mobil operator tərəfindən tələbələrə daha rahat ünsiyyət üçün müasir smartfonlar, prestijli “Nar” mobil nömrələri və 700 AZN məbləğində balans təqdim ediləcək. Layihənin məqsədi universitet həyatına yeni başlayan gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə yanaşmalarına dəstək olmaqdır.

Xatırladaq ki, “Nar”ın bu ənənəsi 2018-ci ildən qəbul imtahanlarında maksimal bal yığan tələbələrin mükafatlandırılması ilə başlayıb. Təhsil hər bir sahə üzrə dayanıqlı inkişafın və səmərəli fəaliyyətin başlıca zəmanəti olduğundan elmin inkişafına dəstək “Nar”ın əsas korporativ sosial məsuliyyət istiqamətlərindən biridir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170211