“Paşinyanın “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın əsl niyyətini ortaya qoymaqdadır”.
Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.
İ.Kalın bildirib: “Kimin müharibə istədiyi bəllidir. Bu hal Türkiyənin və Azərbaycanın haqlı olduğunu təsdiq edir. Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.