Çin kosmosa elmi təcrübələr və təfərrüatlı müşahidələr üçün nəzərdə tutulmuş “Şiyan-14” və “Şiyan-15” peyklərini göndərib.
Busaat.az xəbər verir ki, bu barədə Çinin Xinhua xəbər agentliyi məlumat yayıb. Agentliyinin xəbərinə görə, peyklər “Kuaycou-1A” raketi ilə Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən buraxılıb.
Bildirilib ki, peyklər buraxılışdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşdirilib. Bu buraxılış Çin tərəfindən hazırlanmış “Kuaycou-1A” sürətli orbital raketiylə həyata keçirilən 18-ci uğurlu nəqliyyat missiyası olub.
Qeyd edək ki, “Şiyan-14” elmi təcrübələrdə və peyk texnologiyası sınaqlarında istifadə edilmək, “Şiyan-15” isə torpaq araşdırması, şəhərsalma və fəlakətlərin qarşısının alınması üçün məlumat təmin etmək üçün nəzərdə tutulub.
Busaat.az