COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub

image-6736dd98551c26736dd98551c3173164892033c465afe91694fe1de4fec737aae5bcbackend

Bu gün COP29 Sülh, Yardım və Bərpa Gününün açılışıdır.

Busaat.az APA-ya istinadla xəbər verir ki, açılış COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı Yüksək səviyyəli Paneldə çərçivəsində baş tutacaq.

Tədbir Azərbaycan COP29 tərəfindən yaradılmış Birgə Təşəbbüs (Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyana) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən təşkil edilib.

Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, 20-dən artıq dövlətin nazirləri, hökumətin xüsusi nümayəndəsi səviyyəsində təmsilçiləri, BMT qurumları, yardım bankları, beynəlxalq təşkilatlar, beyin mərkəzləri iştirak edir.

Tədbirin sonunda COP29 Sülh Günündə “Bakı Çağırışı” adlı sənəd elan olunacaq.

Bakı Çağırışı (Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışının) Çağırış COP29 Sülh Gününün əsas yekun sənədi olacaq.

Eyni zamanda tədbirdə İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzi təsis ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki