Dini Qurumlarla İş üzrə Komitə sədri Misir nümayəndəsi ilə görüşüb

image-e388b079-9967-32da-bd79-e50853815c33_850backend

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi Məhəmməd Əbdül Rəhim Əl-Bayumi ilə görüşüb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və tolerantlıq mühtinin qorunması, beynəlxalq miqyasda dinlərarası dialoqun dərinləşməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verən Ramin Məmmədov Azərbaycanla Misir arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu qeyd edib.

İki ölkə arasında digər sahələrdə olduğu kimi dinlərarası dialoq, İslam dininin mütərəqqi dəyərlərinin təbliği istiqamətində əməkdaşlığın təkmilləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın mənəvi birliyə, birgəyaşayışa, dünyada sülh və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüslərinin yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qonaq qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

image-9ef156b0-0f0d-3643-aed3-a8c0e5e37e2e_300 image-00f6752b-2b8e-3f5d-9ad5-1ee206f55062_300


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki