Dünya Bankı çərşənbə axşamı xəbərdarlıq edib ki, qlobal iqtisadiyyat bu il dünyanın bütün aparıcı iqtisadiyyatlarında – ABŞ, Avropa və Çində zəif artım səbəbiylə “təhlükəli şəkildə tənəzzülə yaxınlaşacaq”.
Associated Press öz növbəsində xəbər verir ki, illik hesabatında, inkişaf layihələri üçün daha kasıb ölkələrə borc verən Dünya Bankı, bu il qlobal artım proqnozunu əvvəlki 3% proqnozundan təxminən yarıya – 1,7%-ə endirib. Əgər bu proqnoz özünü doğrultsa, bu, 2008-ci il qlobal maliyyə böhranı və 2020-ci ildəki koronavirus pandemiyasının nəticəsində yaranan dərin tənəzzüllərdən sonra son üç onillikdə üçüncü ən zəif illik nəticə olacaq.
Baxmayaraq ki, Birləşmiş Ştatlar bu il tənəzzüldən qaça bilsə də – Dünya Bankı ABŞ iqtisadiyyatının 0,5% artım əldə edəcəyini proqnozlaşdırır – qlobal zəiflik, yüksək qiymətlər və daha bahalı borc faizləri ilə yanaşı, ABŞ biznesləri və istehlakçıları üçün başqa bir təhlükə yaradacaq. COVID-19 artmağa davam edərsə və ya Ukraynada müharibə dərinləşərsə, Birləşmiş Ştatlar əlavə tədarük zəncirinin pozulmasına qarşı həssas olaraq qalır.
Uzun müddətdir Çinə əsas ixracatçı olan Avropa da, çox güman ki, zəif Çin iqtisadiyyatından əziyyət çəkəcək.
Dünya Bankının hesabatında həmçinin qeyd olunub ki, ABŞ və Avropa kimi inkişaf etmiş iqtisadiyyatlarda faiz dərəcələrinin artması yoxsul ölkələrə ayrılan investisiya kapitalının həcmini azaldacaq və bununla da onları mühüm daxili investisiyalardan məhrum edəcək. Eyni zamanda, hesabatda qeyd olunur ki, bu yüksək faiz dərəcələri inkişaf etmiş ölkələrdə artımı yavaşlayadacaq.
Qlobal tənəzzülün təsiri xüsusilə dünya yoxsullarının 60%-nin yaşadığı Sahara Afrikası kimi bölgələrdəki yoxsul ölkələrə ağır təsir göstərəcək. Dünya Bankı 2023 və 2024-cü illərdə adambaşına düşən gəlirin cəmi 1,2% artacağını proqnozlaşdırır ki, bu da yoxsulluq dərəcələrinin yüksəldə biləcəyi qədər zəif tempdir.
Dünya Bankının prezidenti Devid Malpass jurnalistlərə deyib: “İnkişaf və biznes investisiyalarının zəifliyi təhsil, səhiyyə, yoxsulluq və infrastrukturda onsuz da dağıdıcı dəyişiklikləri və iqlim dəyişikliyindən artan tələbləri daha da çətinləşdirəcək”.
Dünya Bankının bu hesabatı qlobal kredit agentliyi olan Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Georgievanın bir həftə əvvəl eyni dərəcədə bədbin proqnozu ilə eynilik təşkil edib. Georgieva CBS telekanalının “Face the Nation” proqramında bu il dünyanın üçdə birinin tənəzzülə uğrayacağını təxmin edib.
“Dünya iqtisadiyyatının əksəriyyəti üçün bu, geridə qoyduğumuz ildən daha çətin il olacaq” – deyə, Georgieva xəbərdarlıq edib. O, bunu onunla izah edib ki, üç böyük iqtisadiyyat – ABŞ, AB, Çin – hamısı eyni vaxtda yavaşlayır.
Dünya Bankı, 2022-ci ildə 3,3% genişlənən Avropa İttifaqının iqtisadiyyatının gələn il ümumiyyətlə böyüməyəcəyini proqnozlaşdırır. O, Çinin 4,3% böyüməsini proqnozlaşdırır ki, bu da əvvəlki proqnozlardan aşağıdır və Pekinin göstərdiyi inkişaf tempinin təxminən yarısıdır.
Bank inkişaf etməkdə olan ölkələrin bu il 2022-ci ildə olduğu kimi 3,4% artaraq daha yaxşı vəziyyətə gələcəyini gözləyir, baxmayaraq ki, hələ 2021-ci ildə bu inkişaf tempi təxminən iki dəfə çox idi. Dünya Bankı Braziliyanın 2023-cü ildə artımının 0,8%-ə qədər yavaşlamasını proqnozlaşdırır ki, bu da ötən ilki göstəricidən aşağıdır. Pakistanda o, iqtisadiyyatın bu il cəmi 2%, keçən ilki tempin üçdə biri qədər genişlənəcəyi gözlənilir.
Busaat.az