“Windows”un sirri 30 ildən sonra üzə çıxdı 

image-owl_detail_620_ecd049ee80771c2a2caddde633726ce4backend

“Microsoft”un əməkdaşı Raymond Chen “Windows 95”-də niyə yuxu rejiminin olmadığını izah edib.

Busaat.az xəbər verir ki, o, bu barədə şirkətin saytındakı bloqunda yazıb:

“30 ildən çox əvvəl “Microsoft”-a qoşulmuş korporativ veteran dedi ki, “Windows 95″-də əvvəlcə yuxu rejimi nəzərdə tutulub. Şirkətin mühəndisləri bunun üçün xüsusi proqram yazıblar, lakin heç vaxt əməliyyat sisteminə (ƏS) əlavə olunmayıb”.

Uzun illərdən sonra Chen “Windows”-un yaradılmasının sirrini açıb:

“Yuxu rejimi enerjiyə qənaət etmək üçün nəzərdə tutulmuşdu, xüsusilə də “Windows” əsaslı noutbuklar üçün vacibdir. Proqramçılar HLT adlı prosessorlar üçün istifadəçi müdaxilə edənə qədər, məsələn, düyməni basana qədər əmrlərin icrasını dayandıracaq təlimat yazıblar.

Bununla belə, bəzi kompüter istehsalçıları HLT dəstəyini düzgün həyata keçirə bilmədilər, bu da cihazlarının yuxu rejiminə keçməsinə, lakin ondan qayıtmamasına səbəb oldu. Nəhayət, uyğunluq problemlərinə görə HLT OS-dən çıxarıldı”.

Raymond Chen bu xüsusiyyətin çox vacib olduğunu qeyd edib. Sonda Chen əlavə edib ki, “MWAIT” (Monitor Wait) kimi gələcək əməliyyat sistemlərində daha təkmil təlimatlar peyda olub. Onların köməyi ilə enerji istehlakını mümkün qədər azaltmaq mümkün idi. Lakin 1995-ci ildə, “Windows” 95-in yaradılması zamanı belə texnologiyalar hələ mövcud deyildi.

Avqustun sonunda “Microsoft” “Windows” yeniləmələrinin müxtəlif versiyalarının bir-birindən necə fərqləndiyini izah edib.

Yeganə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki