Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.90 $▲0.28%
  • WTI neft88.54 $▲0.33%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.272 $▼1.80%
  • Qızıl3 900 $▼0.43%
  • Gümüş50.01 $▼0.48%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda594.50 ¢▲0.55%
  • Bitcoin68 989 $▼3.34%
  • Ethereum1 938 $▼3.94%
  • S&P 5007 592▼0.33%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

"iPhone" istifadəçilərinə xəbərdarlıq — Təcili bunu edin

image-ayfon
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Apple “iPhone” istifadəçilərinə təcili xəbərdarlıq edərək cihazları yeni “iOS 26.5” əməliyyat sisteminə yeniləməyə çağırıb. Yeni proqram təminatı sistemdəki 50-dən çox təhlükəsizlik boşluğunu aradan qaldırır.

Busaat.az xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb. Şirkət istifadəçilərə yenilənməni mümkün qədər tez quraşdırmağı tövsiyə edir. Çünki aşkar edilən boşluqlar kibercinayətkarların qorunmayan cihazlara hücum etməsinə şərait yarada bilər.

Yenilənmə çərçivəsində təsvirlərin emalı, sistem nüvəsi, həmçinin “Spotlight” və skrinşot mexanizmlərindəki xətalar düzəldilib. Xüsusilə “WebKit” mühərrikindəki onlarla boşluq ləğv edilib. Bu boşluqlar məxfi məlumatların sızmasına və ya tətbiqlərin qəfil qapanmasına səbəb ola bilərdi. “Apple” hələlik bu boşluqlardan aktiv şəkildə istifadə edilməsi barədə məlumatın olmadığını vurğulayıb.

Eyni zamanda, köhnə model cihazlar üçün də təhlükəsizlik yamaqları istifadəyə verilib. Hətta “iOS 15” və “iOS 16” versiyalarına qədər olan köhnə sistemlər üçün də xüsusi yenilənmələr hazırlanıb. “Mac” kompüterləri də diqqətdən kənarda qalmayıb. “macOS Tahoe 26.5” versiyasında 70-ə yaxın təhlükəsizlik problemi həllini tapıb.

Yəni, “Apple” cihazınızın haker hücumlarına məruz qalmasını və şəxsi məlumatlarınızın oğurlanmasını istəmirsinizsə, dərhal tənzimləmələrə daxil olub ən son yenilənməni yükləməlisiniz./demokkrat

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=183160