Azərbaycan Prezidentini və nümayəndə heyətini qəbul etməkdən xoşbəxtəm.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bildirib.
Misir Prezidenti deyib ki, bu səfər ikitərəfi əlaqələrin möhkəmlənməsinə və inkişafına xidmət edir: “Yenidən Prezident seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Eyni zamanda sizi COP29-a ev sahibliyinə görə təbrik edirəm”.