Eduard Şarmazanov İrəvandakı aksiyada saxlanıldı

image-sarmazanovbackend

Ermənistan müxalifətinin nümayəndələri bu gün də paytaxt İrəvanda bir neçə küçəni bağlamağa cəhd edib.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, Ermənistan polisinin xüsusi bölmələri aksiya iştirakçılarını saxlamağa başlayıb.

Etiraz aksiyası səbəbindən bir neçə küçədə tıxac yaranıb. Hazırda polis əməkdaşları yolu açmağa çalışır.

Xatırladaq ki, dünən də İrəvanda etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yolları bağlayıb. Aksiya zamanı 400-dən çox etirazçı saxlanılıb.

***

Aksiya zamanı polis 73 etirazçını saxlayıb. Saxlanılanlar arasında Ermənistan parlamentinin sədrinin keçmiş müavini Eduard Şarmazanov da var. Şarmazanov Abovyan şəhərinin polis bölməsinə aparılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90