Emin Əmrullayev cənub rayonlarının sakinlərini qəbul etdi

image-6827e80c-429e-3900-9540-800263e25c78_850backend

Elm və təhsil naziri Emin Əmrullayev mayın 30-da Astara şəhərində vətəndaşları qəbul edib.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

image-1 image-2 image-3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki