“Bu gün Ermənistanda meydan sulayan daşnaklar haqq etdikləri cəzalarını alacaqlar”.
Busaat.az xəbər verir ki, bunu ermənilərin mövcud vəziyyətini şərh edən hüquqşünas Aslan İsmayılov bildirib.
Aslan İsmayılova görə, hazırda ermənilərin qurduqları bütün planlar alt-üst olub və bundan sonrakı dönəmdə də çöküş yaşayacaqlar:
“Ermənilər 30 ildir ki, blokadada, iqtisadi böhran içində yaşadılar, Rusiyanın dabanını yalayıb vassalı oldular, bütün beynəlxalq enerji layihələrdən kənarda qaldılar ki, Qarabağı həmişəlik alıblar. İndi isə arzuları gözlərində qaldı. Müharibə bitəndən sonra indiyə qədər qəhrəman olan miatsumçuları, artsaxçıları dar ağacından asmaq üçün növbəyə duracaqlar. Köçəryanlar, sarqsyanlar, balayanlar, kaputikyanlar və s. siçan deşiyi axtaracaqlar. O zaman Ermənistanda mərəkə başlayacaq, Qarabağ eməniləri ilə Ermənistan erməniləri bir-birilərinə girəcəklər. Bu azmış kimi indiyə qədər dünyaya meydan oxuyan, bu xəstə ideologiyaya milyardlar xərcləyən erməni lobbisi də günah keçisi axtarmağa başlayacaq. Bundan sonra Azərbaycanın yoxuşu, Ermənistanın isə çöküşü başlayacaq”.
Gülay