Erməni tərəfi Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində məhv edilən daha 15 hərbçisinin adını açıqlayıb.
Busaat.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi hələ ki 31 hərbçisinin öldürüldüyünü təsdiqləyib.
Ermənistan Müdafiə Nazirliyi öldürülən erməni hərbçilərinin yeni siyahısını yazıb. Onları təqdim edirik:
Nersisyan Saunus Qrenikoviç – 2002
Xaçaturyan Xoren Yuriveç – 1983
Qriqoryan Armen Nikolayeviç – 1984
Aqasoryan Yuri Aykoviç – 2001
Açemyan Qorek Aramoviç – 2002
Qolayan Qevork Marzpeçoviç – 2001
Abramyan Quren Vardonoviç – 2001
Yaravyan Qor Qrantoviç – 2002
Apozyan Ovanes Onikoviç – 2002
Ovanisyan Aren Karenoviç – 2002
Berlaryan Aykaz Aşotoviç – 2000
Qabrielyan Erik Romanoviç – 1979
Ayapetyan Qurqen Eduaroviç – 1988
Movisisyan Artur Slavikoviç – 1981
Mikaelyan Vazqen Levonoviç – 1998
Qeyd edək ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.
Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: “Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.