Busaat.az xəbər verir ki, “Financial Times” qəzeti iki Qərb ölkəsinin təhlükəsizlik mənbəsinə istinadən yazıb ki, raket yanacağı xammalı daşıyan iki İran yük gəmisi yaxın bir neçə gün ərzində Çindən İrana yola düşəcək.
Məlumata görə, İranın “Qolbən” və “Ceyran” gəmilərinin min tondan çox natrium perxlorat daşıması gözlənilir.
Qəzetdə bildirilib ki, gəminin yükləri SEPAH-a çatıdırılacaq. 34 konteyner daşıyan “Qolbən” və 22 konteyner daşıyan “Ceyran” gəmisi üç həftədən sonra Bəndər Abbas limanına çatacaq.
Financial Times: “ Çindən İrana raket yanacağı daşıyan iki gəmi gedəcək”
Loading...