Fransa Milli Assambleyasının sədri: Biz Azərbaycan prezidentinin tənqidini başa düşmürük

image-63bfac444a71f63bfac444a720167350586063bfac444a71d63bfac444a71ebackend

Fransa Cənubi Qafqazda sülhün bərqərar olması prosesinin xeyrinə addımlar atmağa, Ermənistanın ərazi bütövlüyünə hörməti özündə əks etdirən sülh yolu ilə məsələnin həllinə çalışır.

Busaat.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının spikeri Yael Braun-Pivet Ermənistana səfəri zamanı Armenpress-ə müsahibəsində deyib.

Pivet bildirib ki, Fransa Laçın dəhlizinin açılmasına və Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin azad edilməsinə önəm verir.

Müsahibəni qədim edirik:

– Xanım Yael Braun-Pivet, siz Twitter-də dediniz ki, Fransa Milli Assambleyasının dəstəyini bir daha təsdiqləmək üçün Ermənistana səfər edirsiniz. Bildiyiniz kimi, erməni xalqı üçün çətin dövrlərdir, Azərbaycan Laçın dəhlizini blokadada saxlayır və bu, humanitar problemlərlə nəticələnir. Dəhlizin açılmasında Fransanın hansı rolu ola bilər, beynəlxalq ictimaiyyət necə reaksiya verməlidir? Bəs Azərbaycan prezidenti İlham Əliyevin Fransaya ünvanladığı tənqidi fikirləri necə şərh edərdiniz?

Mən ötən ilin noyabrında qəbul etdiyimiz qətnamədən sonra erməni xalqı ilə həmrəyliyimizi və qardaşlığımızı bir daha bəyan etmək üçün parlament nümayəndə heyəti ilə bura gəlmişəm. Fransa Laçın dəhlizinin bağlanmasını, eləcə də Ermənistanın ərazi bütövlüyünə qarşı edilən pozuntuları kəskin şəkildə pisləyib. Fransa prezidenti Emmanuel Makron BMT Təhlükəsizlik Şurasının sessiyası çərçivəsində Ermənistandakı bu vəziyyətlə bağlı iki dəfə müzakirələrə başlayıb. Ötən ilin oktyabrında onun təşəbbüsü ilə Praqada dördtərəfli görüş keçirildi və nəticədə müəyyən razılıq əldə olundu. Oktyabrın 6-da Praqada keçirilən bu görüşün nəticələrindən biri də gərginliyin azaldılmasına imkan verən Aİ monitorinq qrupunun Ermənistanla sərhəddə yerləşdirilməsi olub. Hesab edirəm ki, Aİ ilə bu istiqamətdə səylər davam etdirilməlidir. Bu baxımdan Azərbaycan prezidenti Əliyevin tənqidini başa düşmürük, çünki Fransa həmişə Cənubi Qafqazda vəziyyətin normallaşması və Cənubi Qafqazın sabit regiona çevrilməsi naminə fəaliyyət göstərmək istəyib. Hesab edirik ki, Azərbaycan da sülhün bərqərar olmasına gətirib çıxaracaq addımlar atılmalıdır, xüsusilə Laçın dəhlizinin açılması, Azərbaycanda hələ də saxlanılan əsirlərin azad edilməsi lazımdır.

Ötən ilin sonunda Fransa Milli Assambleyası Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib. Lakin daha sonra Fransa Xarici İşlər Nazirliyi bildirib ki, qəbul edilmiş qətnamənin mətni Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmir. Bu halda qətnamənin hansı təsiri var? Azərbaycanın bütün erməni əsirləri azad etməsi üçün Fransa hökumətindən hansı əməli addımlar gözləmək olar.

Doğrudan da, Assemblyanın mövqeyi müstəqil mövqedir. Parlament üzvlərinin mövqeyini ifadə edir. Təbii ki, üsullar fərqli olsa da, bizim və hökumətin məqsədləri eynidir. Əvvəla, biz birgə razılaşmaya nail olmaq üçün hökumətlə dialoqu davam etdiririk, məqsədimiz birdir. Bütün imkanlarımızı səfərbər edərək regionda sülhün bərqərar olmasına çalışırıq.

– Ermənistan-Fransa münasibətlərindən də danışaq. Sizcə iki ölkə arasında əməkdaşlığın ən uğurlu istiqamətləri hansılardır və hansı sektorlarda tərəfdaşlığı genişləndirmək potensialı var?

– Çoxlu əməkdaşlıq var və buna görə də onları sıralamaq çətindir. Bir tərəfdən, xüsusilə 2022-ci ilin martında Parisdə keçirilən Ambisiyalar: Ermənistan-Fransa böyük iqtisadi forumu zamanı güclü şəkildə intensivləşən iqtisadi əməkdaşlığımız var. Yeri gəlmişkən, tezliklə Fransa İnkişaf Agentliyi Ermənistanda ofis açacaq. Təhsil sahəsində də çox ciddi əməkdaşlıq var, xüsusən də bu sahədə frankofoniyanın inkişafı təşviq edilir, Ermənistandakı Fransız Universiteti ilə əlaqələrimiz, eləcə də Ermənistanda Fransa İnstitutunun açılışı gözlənilir. Səhiyyə sahəsində əməkdaşlıq var. Yanvarın 14-də biz humanitar sektorda da fəal olan, Qarabağdan didərgin düşmüş, zərər çəkmiş insanlara yardım göstərən bir sıra QHT-lərlə görüşdük. Vəziyyəti dərindən başa düşmək bizim üçün vacibdir. Nəhayət biz Milli Assambleyanın prezidenti Alen Simonyanla Ermənistan Milli Assambleyası ilə parlamentlərarası əməkdaşlıq sazişi imzaladıq. Hesab edirəm ki, parlament diplomatiyasının da tam şəkildə istifadə oluna bilməsi və nəticə verməsi vacibdir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki