“Qarabağ” Məsut Özili Bakıya gətirir

image-1728454748_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend
Almaniya yığmasının sabiq türk futbolçusu Mesut Özil Azərbaycana gəlir.
Busaat.az xəbər verir ki, o, “Qarabağ” klubunun qonağı olacaq. Bu barədə ağdamlıların rəsmi səhifəsi paylaşım edib.
Özil oktyabrın 11-də “Qarabağ”ı ziyarət edəcək, əvvəlcə komandanın məşqini izləyəcək, daha sonra isə gənc futbolçularla əyləncəli oyun keçirəcək.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:

“Dəyərli azarkeşlərimiz!

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq!

Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın!

Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!

Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq.

Giriş sərbəstdir

“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki