Hakan Fidan: Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün regiona müsbət təsir göstərəcək

image-hakan-fidanbackend

“Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, təkcə iki ölkəyə deyil, bu, bütün regiona müsbət təsir göstərəcək”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması və mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün müsbət hal olduğunu da qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki