Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
19°Bakı
İlham Əliyev

İlham Əliyev Esvatini Kralı ilə görüşdü - Foto

image-esv11

Prezident İlham Əliyev mayın 17-də Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Busaat.az xəbər verir ki, Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştiraka dəvətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev 180-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi bu tədbirin dünyada şəhərsalma sahəsində aktual olan müxtəlif mövzuları müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı fürsət olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Esvatini arasında ikitərəfli əlaqələrin inkişafı, o cümlədən enerji, mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul