İrandan ölkəmizə xalça gətirmək istədi, qarşısı alındı – FOTOLAR

image-1700891609_52a9d509-b3e5-3555-b461-ca311af05ee6_850backend

İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb.

Bu barədə Busaat.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1700891597 cf258738 921f 35f2 abe7 c5fe8f0d61ba1700891605 b821b7fe 5298 39d8 9168 577bf09b58df1700891575 8d51a2d2 2972 3892 b281 301b0d4526cb1700891625 6d35480f d6c5 38e1 9810 05e2ab65eaaa


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki