İrəvan şəhərinin hansı xalqa məxsus olduğunu təsdiqləyən TARİXİ FOTOFAKT

image-irevanbackend

Ermənilər İrəvanın qədim erməni şəhəri olması barədə yüzlərlə yalançı “faktlar” uydurmağa çalışırlar. Tarixi İrəvan xanlığını təmsil edən bu Azərbaycan şəhərini erməniləşdirmək üçün dəridən-qabıqdan çıxırlar.

Hətta bəzi erməni “alimləri” İrəvan şəhərinin 2500 ildən çox yaşının olduğunu və qədim Romadan 50 il yaşlı olduğunu iddia edirlər. Yəni ermənilərin uydurma qabiliyyətləri, sadəcə, heyrət doğura bilər.

Ancaq sənədlər tamamilə fərqli həqiqətləri diktə edir. İrəvanın hansı xalqa aid olduğunu təsdiqləyən yeni bir foto yayılıb.

Erməni “alimləri” ilə heç bir tarixi mübahisəyə girmədən elə yalnız bu fotonu ictimailəşdirməklə, İrəvanın Azərbaycana aid olduğunu sübut etmək mümkündür.

 

Elə təkcə bu fotofakt ermənilərin bütün “qədim tarix fırıldaqları”nı darmadağın edir. Foto Sovet İttifaqının qurulduğu ilk illərdə çəkilib və İrəvan Şəhər Şurasının binasını əks etdirir. Binanın üzərində Azərbaycan, rus və erməni dillərində “İrəvan Şəhər Şurası” yazılıb.

Ermənilərin qədim Romadan 50 il yaşlı olduğunu iddia etdikləri Yerevan şəhəri barədə isə sovet hökumətinin ilk illərində hələ heç kimin “məlumatı” yox idi. Çünki ermənilər həmin “məlumatları” daha sonrakı onilliklərdə uydurmağa başlayacaqdılar.

Musavat.com İrəvan Şəhər Şurasının inzibati binasının ötən əsrin əvvəllərində çəkilmiş fotosunu diqqətinizə çatdırır:

Musavat.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90