Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.10 $▼2.09%
  • WTI neft95.79 $▼1.33%
  • Avropa qazı (TTF)90.33 €▼3.34%
  • Təbii qaz (ABŞ)2.873 $▼0.38%
  • Qızıl3 944 $▲0.28%
  • Gümüş49.91 $▲0.64%
  • Pambıq77.29 ¢▼0.34%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin77 655 $▲1.28%
  • Ethereum2 298 $▲2.16%
  • S&P 5007 581▲0.51%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Siyasət

Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?

image-vardanyan_28348586
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın təsisçisi olduğu “Avrora” mükafatının təqdimetmə mərasimində onun məktubu oxunub.

Busaat.az publika.az-a istinadən xəbər verir ki, Vardanyanın məktubunu həyat yoldaşı Veronika Zonabend oxuyub və bildirib ki, məktubu Ruben Bakı həbsxanasından göndərib.

Bakıda həbsdə olan separatçıların bütün hüquqları təmin edilir, həmçinin, ailə üzvləri ilə əlaqə saxlanılmasında heç bir problem yoxdur. Lakin Rubenin həbsxanada oturub “beynəlxalq müraciət” hazırlaması və Azərbaycanı ittiham etməsi ehtimalı azdır. İstisna deyil ki, məktubu Rubenin arvadı, yaxud “məsləhətçiləri” hazırlayıb. Məktubun mətni də bu versiyanı gücləndirir.

Ruben məktubunda “yazır” ki, “Avrora” qəhrəmanları sayəsində qondarma “artsax”a köçmək qərarına gəlib və bu, qərarından “qətiyyən peşman” deyil”. Bu o deməkdir ki, Ruben Qarabağa qeyri-qanuni şəkildə köçdüyünü və orada separatizmə dəstək verdiyini açıq şəkildə etiraf edir. Məhz bu detal məktubun Ruben tərəfindən hazırlanmadığını deməyə əsas verir, çünki separatizmə dəstək verdiyini etiraf etməsi azad olunmaq istəyi ilə ziddiyyətlidir.

Görünür, Rubenin əvəzinə məktub hazırlayanlar bütün əməllərinin etirafı ilə nəticələnən siyasi səhv buraxıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=138803